среда, 9 ноября 2011 г.

СТАНДОТКЛОНА



Qohum funksiyalar:
    СТАНДОТКЛОНА(значение1;значение2;...)
Nəticə:
     Baş dispersiyanı seçmə külliyyata görə qiymətləndirir,   
     arqumentlər mətnlərdən və məntiqi qiymətlərdən ibarət 
     ola bilərlər.
Arqumentlər:
        значение1, значение 2, .... seçmə külliyyata uyğun 
        1-dən 255-ə qədər arqumentlər. Hesablamada ədədi 
        qiymətlərlə birlikdə mətn və ИСТИНА  və ЛОЖЬ kimi 
        məntiqi qiymətlər də nəzərə alınırlar.
Qeydlər:
  •      СТАНДОТКЛОНА funksiyası nəzərdə tutur ki, arqumentlər yalnız baş külliyyatdan olan seçmədən götürülə bilər. Əgər verilənlər bütün baş külliyyatdan ibarətdirsə, onda СТАНДОТКЛОНПА funksiyasından istifadə etmək lazımdır;
  •      ИСТИНА qiyməti 1 kimi, ЛОЖЬ qiyməti isə 0 kimi interpretasiya olunur. Əgər mətn və məntiqi qiymətlər nəzərə alınmalı deyildirsə, onda СТАНДОТКЛОН funksiyasından istifadə olunmalıdır.
Riyazi-statistik interpretasiya:
    ДИСП, СТАНДОТКЛОН и СТАНДОТКЛОНП  
    funksiyalarının təsvirinə bax.
 
Misal
Bir dəzgahda hazırlanmış detallardan 10 ədədi təsadüfi olaraq sınmağa davamlılığın yoxlanması üçün seçilmişdir. Həmin detallar üçün aşağıdakı sınma çəkiləri alınmışdır: 1345; 1301; 1368; 1322; 1310; 1370; 1318; 1350; 1303; 1299 (kq). Detalların sınmağa davamlılığı üzrə  standart meyli təyin etməli.

Həlli
СТАНДОТКЛОНА funksiyası aşağıdakı düsturla hesablanır:


 
Burada  

  - seçmə külliyyat üzrə orta qiymət, n-seçmənin həcmidir.

İndi də standart meyli СТАНДОТКЛОНА funksiyası vasitəsilə hesablayaq.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:
         

A
B
C
D
E
F
G
H
I
J
1
1345
1301
1368
1322
1310
1370
1318
1350
1303
1299

2.  Nəticənin yazılacağı xananı seçək ($A$3).
3.  Мастер функций dialoq pəncərəsinin    
     Статистические kateqoriyasından  
      СТАНДОТКЛОНА funksiyasını seçək. Bu zaman  
      СТАНДОТКЛОНА funksiyasının dialoq pəncərəsi 
      əmələ gələcək.
       4.Число1 sahəsinə daxil olaraq ilkin verilənlər   
          diapazonunu (A1:J1) mausla seçək. OK düyməsini 
          basdıqdan sonra $A$3 xanasında  hesablamanın 
          nəticəsi elə СТАНДОТКЛОН funksiyasına aid olan   
          misaldakı 27,46 qiyməti əmələ gələcəkdir.